Kredit Təşkilatı “İmişli” filialı üçün “Xəzinədar” vakansiası elan edir.
“Xəzinədar” üçün tələblər:
Yaş həddi: 21-30 yaş
Cins: Qadın
- Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
 - İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);
 - Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
 - Nəğd pulla intensiv işləmə bacarığı;
 - Gərgin iş qrafikində işləmək bacarığı;
 - Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;
 - Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
 - İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
 - İşdə dəqiqlik və detallara diqqətlilik.
 
Vəzifə öhdəlikləri:
- Nağd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
 - Müştərilərə xəzinə xidməti göstərilməsi.
 - Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.
 - Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
 - Nəğd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
 - Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.
 
Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli cv mütləqdi) [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (İmişli – Xəzinədar). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşin aid olduğu sahə
| Kateqoriya | Əməliyyatçı | 

