15 C
Baku
Friday, November 15, 2024

Xəzinədarlıq Departamentinin Maliyyə İnstitutları ilə iş qrupunda Mütəxəssis – Yelo Bank

0
Xəzinədarlıq Departamentinin Maliyyə İnstitutları ilə iş qrupunda Mütəxəssis – Yelo Bank
Bakı
23.12.2020

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə isə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Xəzinədarlıq Departamentinin Maliyyə İnstitutları ilə iş qrupunda Mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Xəzinədarlıq_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Xəzinədarlıq departamenti / Maliyyə İnstitutları ilə iş qrupu
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

• Maliyyə institutları ilə əlaqələrin yaradılması, hesabların açılması və aparılması, müşayiəti ilə bağlı yazışmaların aparılması;
• Maliyyə insitutları ilə bağlı sorğuların qəbulu və icrası, icrasının koordinasiyası;
• Maliyyə institutları ilə bağlı sənədlər və verilənlər bazasının yaradılması və idarə edilməsi;
• Maliyyə institutları ilə iş istiqamətlərində biznes-proseslərin sənədləşdirilməsi, normativ sənədlərin hazırlanması.

Tələblər:

• Bankın dəyərlərinə uyğun davranış;
• Ali təhsil;
• Minimum 1 il bank təcrübəsi (müvafiq sahədə təcrübəsi olana üstünlük veriləcəkdir);
• Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;
• İngilis və ya Rus dilində yazmaq və danışmaq bacarığı mütləqdir;
• Analitik təhlil, kritik düşünmə bacarıqları;
• Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə bacarığı;
• Kargüzarlıq səliqəsinə malik olmalı, sənəd və verilənlərin toplanmasını, emalını, saxlanmasını təşkil etmək bacarığına malik olmalıdır.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi