7 C
Baku
Thursday, December 12, 2024

Baş mühasib ( Maliyyə nəzarətçisi) – RD SMART

0
Baş mühasib ( Maliyyə nəzarətçisi) – RD SMART
Bakı
23.12.2020

RD Smart” QSC şirkəti 2019-cu ildə Bakı şəhərində qurulub. “Made in Azerbaijan” brendi ilə müasir texnolocı məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan vermək, habelə həmin brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmaqdır.
Regionların İnkişaf Proqramının məqsədlərinirəhbər tutaraq, Bakı və Azərbaycanın regionlarında (rayon, şəhər, kənd və qəsəbələrində) istehsal olunmuş muasir avadanlıqlar, qurğu və cihazları quraşdırmaqla, onların fasiləsiz vahid “ağıllı sistem” altında çalışmasını tətbiq etməkdir.

Vakansiya: Baş mühasib (Maliyyə nəzarətçisi)

Namizədə tələblər:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
• Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi
• Excel və 1C proqramında işləmək bacarığı
• Turk və İngilis dillərini bilməsi arzu olunandır
• Komandada işləmək bacarığı
• Məsuliyyətli və işində dəqiq
• Vergi Məcəlləsini bilməli

Vəzifə öhdəlikləri:

• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
• Proqram üzrə mühasibat yazılışlarının verilməsi
• Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
• Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması
• Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması
• Elektron Qaimə Faktrura, Hesab Fakturalarının hazırlanması
• Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
• İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
• Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməsi.

İş qrafiki: 09:00 – 18:00 (5 günlük iş qrafiki)
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 Yanvar, 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş mühasib(Maliyyə nəzarətçisi)) göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasib