7 C
Baku
Sunday, December 15, 2024

Xarici kommunikasiyalar üzrə mütəxəssis – OBA marketlər şəbəkəsi

0
Xarici kommunikasiyalar üzrə mütəxəssis – OBA marketlər şəbəkəsi
Bakı
03.09.2020

Vakansiya!

Vəzifə: Xarici kommunikasiyalar üzrə mütəxəssis

İş yeri: OBA Marketlər şəbəkəsi baş ofis

Namizədə dair tələblər:

• Təhsil: Ali təhsil (Marketinq, İctimaiyyətlə əlaqələr, Reklam və ya Jurnalistika üzrə arzuolunandır)
• Dil bilikləri: Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili və rus dili (arzuolunandır)
• Kompüter bilikləri: MS Office (əlavə olaraq dizayn proqramlarını bilməsi arzuolunandır)
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
• Yüksək icraçılıq bacarığı, məsuliyyətlilik, düzgünlük, kreativlik, təhlil, proqnoz və planlaşdırma qabiliyyəti, operativlik, dəqiqlik;

Vəzifə öhdəlikləri:

– Şirkətin ictimai əlaqə strategiyaları, şöbənin plan və proqramlarının hazırlanması və həyata keçirilməsində iştirak etmək, təklif və təşəbbüslərlə çıxış etmək;
– PR kampaniyalarına dair təkliflər vermək, keçirilən kampaniyaların nəticələrini təhlil etmək;
– Press-relizlər, məqalələr, reklam mətnləri yazmaq;
– İctimaiyyətlə əlaqələr şöbəsinin faəliyyətinin sosial şəbəkələrdə işıqlandırılması üçün sosial media mütəxəssisləri ilə qarşılıqlı şəkildə çalışmaq;
– Şirkətin KİV-də və sosial mediadakı paylaşımlarına, eləcə də korporativ sayt və nəşrlərindəki mətnlərinə nəzarət etmək, mütəmadi media monitorinqi aparıb hesabatlar hazırlamaq;
– Media siyahılarını və əlaqə məlumatlarını sistemli şəkildə mütəmadi olaraq yeniləmək;
– Rəqiblərin və analoji qurumların fəaliyyətini araşdırmaq və izləmək;
– Şirkətin və şöbənin fəaliyyəti ilə bağlı müvafiq məlumatların (mediada xəbər və açıqlamalar, sosial şəbəkə paylaşımları, foto, video, audio və s.) izlənməsi və arxivləşdirilməsini təmin etmək;
– Şirkətin rəhbər şəxsləri və nümayəndələrinin mətbuat konfransı və brifinqlərinin keçirilməsini təşkil etmək;

Əlavə təminatlar:

• Nahar şirkət tərəfindən verilir;
• Korporativ nömrə ilə təmin edilmə;
• Servis şirkət tərəfindən təmin edilir;

İş qrafiki:

– İş saatları 09:00 – 18:00;
– Nahar fasiləsi: 13:00-14:00
– Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Xarici kommunikasiyalar üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər