9 C
Baku
Thursday, December 12, 2024

Yerli emal və material qəbulu üzrə mühəndis – SOCAR Downstream Management

0
Yerli emal və material qəbulu üzrə mühəndis – SOCAR Downstream Management
Bakı
02.11.2023

Vakansiyanın təsviri

Yerli emal və material qəbulu ilə bağlı texniki nəzarət və yoxlamaları, qiymətləndirməni həyata keçirmək.

Mövcud hüquqi qaydalar, sənayenin ən yaxşı təcrübələri, kodlar və standartlara əsaslanaraq material və ya avadanlıqların anbara qəbulunda yoxlanılmasını və sınaq fəaliyyətlərini planlaşdırmaq və həyata keçirmək. Müvafiq qeydlərin düzgün aparılması və yoxlamalarda təqdim edilməsi üçün təmin etmək;

Material və ya avadanlıqlara nəzarət prosedurlarını və təlimatlarını hazırlamaq. İstehsalçı işçilər də daxil olmaqla, təftiş işçilərini müvafiq qaydalara əməl etməyə istiqamətləndirmək. Təftiş və Sınaq Planlarında müəyyən edilmiş fəaliyyətlərə nəzarət etmək, planlaşdırmaq və həyata keçirmək;

SDM daxilində Zavodun daxili imkanları hesabına İstehsalı nəzərdə tutulan avadanlıq və ehtiyat hissələrinin istehsaldan əvvəl müvafiq texniki qaydaları (Ölçülərə Nəzarət, Dağıdıcı Olmayan Sınaq (DOS) və s.), Yoxlama və Sınaq Planlarını hazırlamaq;

Yerli və xarici istehsalçıların seçimində menecerə dəstək olmaq; Subpodratçının, istehsalçının/təchizatçının emalatxanada və sahədəki fəaliyyətini izləmək, qiymətləndirmək və hesabat vermək;

İstehsalçıların keyfiyyətə nəzarət planlarını nəzərdən keçirmək;

İstehsalçı emalatxanalarına ölkə daxilində və xaricində səfərlər etmək; Müəyyən edilmiş keyfiyyət təminatı və keyfiyyətə nəzarət proseslərinə uyğun olaraq istehsalın, materialın və avadanlıqların keyfiyyətinin qiymətləndirilməsi, təsdiqlənməsi və ya təqdim edilməsini təmin etmək;

Material nəzarəti fəaliyyətləri üzrə aylıq yoxlama hesabatlarını hazırlamaq;

Hansı hissələrin və ya avadanlığın yerli istehsalçılar və ya zavod daxilində istehsal olunmasını müəyyən etmək, müvafiq bölmələrlə razılaşdırmaq;

İstehsal ediləcək hissənin və ya avadanlığın texniki xüsusiyyətlərinin təfərrüatlarının hazırlanmasını dəstəkləmək, istehsal ediləcək hissəyə ehtiyacı olan departament ilə razılaşdırmaq;

İstehsal ediləcək hissənin və ya avadanlığın texniki cizgilərini hazırlamaq;

Yoxlamanın və ya nəzarətin nəticələri barədə rəhbərliyə məlumat vermək. Nəticələr və tövsiyələr daxil olmaqla, baxışlardan sonra texniki hesabatlar hazırlamaq və nəzərdən keçirmək;

Statik avadanlıqların bütövlüyü ilə bağlı qanuni tələblərin yerinə yetirilməsində menecerə dəstək olmaq. Planlı Təmirlərdə Texniki Nəzarət komandasına kömək etmək;

Bütünlük və Təmir departamentinin Təmirə dayanma bölməsi ilə əlaqəli işləmək və dayanma zamanı emal və material qəbulunu həyata keçiriləcək nəzarət tədbirlərinin müəyyən edilməsinə dəstək vermək;

Bütövlük və Təmir departamentinin Təmirə dayanma bölməsi ilə razılaşdırılaraq, işin gedişatını, tapşırıq siyahısında müəyyən edilmiş istehsal olunacaq hissələrin və ya avadanlığın texniki sifariş toplusunu hazırlamaq və istehsalçılarla əlaqəni təmin etmək üçün görülən işlərə səmərəli töhfə vermək;

Ona tabe olan işçilərin şəxsi və peşəkar inkişafına cavabdeh olmaq və inkişaf ehtiyaclarını müəyyən etmək;

Sahəyə aid məlumatların və sənədlərin düzgünlüyünə nəzarət etmək.

 

Xüsusi tələblər

Müvafiq texniki sahə üzrə bakalavr təhsili (Mexanika mühəndisliyi, Metallurgiya və s.);

Emal, material qəbulu və ya bənzər sahələrdə 4 ildən az olmayaraq müvafiq iş təcrübəsi;

SNT TA 1C standartlı VT,PT,UT,RT,MPİ səviyyə 2 sertifikatlarından hər hansı birinin olması üstünlükdür; Certified Manufacturing Engineer (CMfgE) olması arzu olunandır;

İngilis dili biliyini təsdiq edən İELTS və ya TOEFL sertifikatı arzu olunandır. İngilis dilində mükəmmət ünsiyyət, yazı və oxuma qabiliyyətinə malik olmalı;

Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).

Müraciət etmək üçün: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər