13 C
Baku
Tuesday, May 7, 2024

Yolun vaqon təsərrüfatında hərəkətin təhlükəsizliyi üzrə texniki müfəttiş (Bakı və Gəncə) – Azərbaycan Dəmir Yolları

0
Yolun vaqon təsərrüfatında hərəkətin təhlükəsizliyi üzrə texniki müfəttiş (Bakı və Gəncə) – Azərbaycan Dəmir Yolları
Bakı, Gəncə
24.08.2023

Vəzifə öhdəlikləri:

  • Vaqon təsərrüfatı üzrə struktur qrumların rəhbərləri tərəfindən hərəkətin təhlükəsizliyinin təmin olunması səviyyəsinin yüksəldilməsi üzrə keçirilən tədbirlərdə onların şəxsən iştirakına və hərəkətin təhlükəsizliyinin təmini sahəsində əsas normativlərin yerinə yetirilməsinə nəzarət;
  • Texniki xidmət məntəqələrində sərnişin və yük qatarlarının xidmət keyfiyyətinə nəzarət etmək;
  • Vaqonların və digər aidiyyəti hərəkət tərkiblərinin təmiri prosesində təmir texnologiyasının düzgün yerinə yetirilməsini yoxlamaq;
  • Vaqon təsərrüfatında hərəkətlə əlaqədar işçilərin hərəkətin təhlükəsizliyi sahəsində biliklərinin yoxlanılmasında, habelə onların müvafiq texniki biliklərinin artırılmasının təşkili və tədrisin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar görülən işlərin keyfiyyətini yoxlamaq;
  • Struktur qrumlarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi üzrə texniki təftiş və yoxlamalar aparmaq, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına nəzarət etmək;
  • Vaqonlara, motor-vaqonlu hərəkət tərkiblərinə və özügedən xüsusi hərəkət tərkiblərinə müəyyən edilmiş qaydaların tələblərinin pozulması ilə keçirilmiş komisiyon baxışın nəticələrini ləğv etmək;
  • Qatarların hərəkətinin təhlükəsizliyinin pozulması hallarının vaxtında və keyfiyyətlə araşdırılmasına, düzgün təsnifatlandırılmasına və hesabatının aparılmasına nəzarət etmək;
  • Hərəkətlə əlaqədar işçilərin vəzifə borclarını yerinə yetirmələrini yoxlamaq məqsədi ilə qəfl yoxlamalar keçirmək.

Tələblər:

  • Ali təhsil (İstənilən sahə üzrə);
  • Sahə üzrə 5 (beş) il iş təcrübəsi;
  • Rus dili – yaxşı;
  • MS Office – orta
  • İnkişaf etmiş ölkələrin dəmiryol sahəsinin qabaqcıl təcrübəsi üzrə biliklər;
  • Çalışdığı sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamları üzrə biliklər;
  • İdarəetmənin, əmək qanunvericiliyinin əsasları üzrə biliklər.
  • Namizədlərin dəmir yolu sahəsi üzrə təhsili olması arzuolunandır.

Müraciət etmə qaydaları:

Vakansiya tələblərinə uyğun namizədlər 06.09.2023-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. https://career.ady.az/