9 C
Baku
Friday, December 13, 2024

Zərərlərin qiymətləndirilməsi və təmir üzrə kiçik mütəxəssis/assistent – PASHA İnsurance

0
Zərərlərin qiymətləndirilməsi və təmir üzrə kiçik mütəxəssis/assistent – PASHA İnsurance
Bakı
05.12.2022

Vəzifə öhdəlikləri:

  • Əmlaka dəyən zərərin qiymətləndirilməsinə aid sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərədən) əldə edilməsi;
  • Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsi;
  • Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi, hissələrin siyahısının tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və avtoservislərlə qiymətlərin razılaşdırılması;
  • Yekun zərərin təyin edilməsi və məlumatın departamentin müvafiq əməkdaşına ötürülməsi;
  • Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa olunmasının təmin edilməsi;
  • Zərərə məruz qalmış əmlakın təmiri prosesində əvəz olunmuş ehtiyat hissələrinin saxlanılmasını və ya utilizasiya olunmasının təşkil edilməsi;
  • Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımi məlumatların departamentin digər əməkdaşlarına ötürülməsi;
  • Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi üçün üçüncü müstəqil tərəfin iştirakının vacib olması təqdirdə, bunun təmin edilməsi;
  • Sığortaçılar üçün hesablamalar üçün tövsiyələr daxil olmaqla tam və ətraflı hesabatlar yazmaq;
  • Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;
  • Sistemin təkmilləşdirilməsi üçün irəli sürülən təkliflərə müvafiq sənədlərin hazırlanması;
  • Departamentin ümumi işində nöqsanların aradan qaldırılmasında təşəbbüs;
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Ali təhsil: İqtisadiyyat və sığorta sahəsində təhsilə üstünlük verilir;
  • Müvafiq vəzifədə 1-2 il təcrübə (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);
  • Azərbaycan və Rus dillərini sərbəst bilmək (İngilis dili biliyi üstünlükdür);
  • Microsoft Office bilikləri.

Biliklər:

  • Müştərilərlə iş üsulları.
  • Yol hərəkəti qaydaları;
  • Sığorta haqqında qanun.

Bacarıqlar:

  • Ünsiyyətçilik;
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Stresə davamlılıq.

Son müraciət tarixi: 30 Dekabr, 2022

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV -e-mail ünvanına göndərin.

Email: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta