21 C
Baku
Tuesday, April 16, 2024

Zaqatala regionu üzrə ofis satış mütəxəssisi – Ateshgah Sigorta

0
Zaqatala regionu üzrə ofis satış mütəxəssisi – Ateshgah Sigorta
Zaqatala
09.09.2020

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Zaqatala regionu üzrə ofis satış mütəxəssisi

Namizədə tələblər:

• Yaş: 22-35
• Cinsi: Qadın
• Təhsil: orta
• İş təcrübəsi: Satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində)
• Dil bilikləri: Azərbaycan (əla)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
• Qeyd olunan regionda yaşayan namizədlərə baxılır

Əsas vəzifə öhdəlikləri:

• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
• Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;

İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır
• İş yeri: qeyd olunan regionların birində
• İş vaxtı 09:00 – 17:30
• İş günü 5/2
• Əmək haqqı: 250+ azn

Məlumatlandırıcı qeydlər:

• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] – mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Zaqatala regionu üzrə satış mütəxəssisi” qeyd etmələri xahiş olunur.

 

İşin aid olduğu sahə

KateqoriyaSığorta