‘Johnson & Johnson’ tibbi robototexnika istehsalçısı ‘Auris’u $3,4 milyarda alıb

Auris, ağciyər xərçənginə qarşı mübarizə üçün Monarch texnologiya platformasını inkişaf etdirib. Bu barədə Banker.az MSNBC-yə istinad edir.

Holdinq Johnson & Johnson, Auris şirkətini 3,4 milyard dollara aldığını elan edib.

Satınalma müqaviləsi, 2,35 milyard dollar dəyərində əlavə ödənişi nəzərdə tutur. Bu vəsait, şirkətin hələki açıqlamadığı müəyyən göstəricilərə çatdığı halda ödəniləcəkdir.

Auris Health  – tibb sahəsində robototexnika ilə məşğul olan Amerika şirkətidir. Tibbi elmlər doktoru olan Frederick Mall, şirkəti 2007-ci ildə təsis edilib, bu müddət ərzində layihə təxminən 730 milyon ABŞ dolları cəlb edib, sonuncu investisiya raundu 2018-ci ilin noyabrında keçirilib.

Şirkətin əsas nailiyyətlərindən biri, Monarch alətlər kompleksinin yaradılması olmuşdur. Bu texnologiya, həkimlərə ağ ciyər xərçəngi xəstəliyi ilə mübarizə aparmağa kömək edəcəkdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər