ABŞ-ın “JP Morgan” investisiya bankı Avropanın 12 nəhəng klubunun qurmağa qərar verdiyi Avropa Super Liqasına 6 milyard dollar ayıracağını açıqlayıb.
Bu barədə “Reuters” agentliyinə istinadən xəbər verilir.
Xatırladaq ki, İngiltərənin “Arsenal”, “Manchester United”, “Chelsea”, “Liverpool”, “Manchester City”, “Tottenham Hotspur”, İtaliyadan “Milan”, “Inter” və “Juventus”, İspaniyanın isə “Atletico Madrid”, “Barcelona” və “Real Madrid” klubları Avropa Super Liqasının qurulması ilə bağlı qərarlarını açıqlayıb.