-1 C
Baku
Sunday, December 15, 2024

JP Morgan Chase rəhbəri: Brexit Böyük Britaniya üçün faciə olacaq

“JP Morgan Chase” şirkətinin baş direktoru olan Jamie Dimon bildirir ki, Avropa İttifaqından sərt bir çıxış ssenarisindən qaçmaq Böyük Britaniyanın marağındadır.

“Brexit-in Britaniya üçün fəlakət olacağını düşünürəm”, – deyə Daimon Nyu-York iqtisadi klubunun iclasında qeyd edib.

Bankir əlavə edib: “Biz düşünürük ki, bu baş tutmayacaq, çünki belə bir hadisə bütövlükdə Avropaya təsir edə bilər”.

Brexit-dən sərt çıxış dedikdə, Böyük Britaniyanın ittifaqın vahid bazar və gömrük blokuna çıxışı itirməsi nəzərdə tutulur.

2016-cı ilin iyun ayında ingilislərin əksəriyyəti ölkənin Aİ-dan çıxmasına razı olublar. Bu qərar, dünya bazarlarında çaxnaşmalara səbəb oldu. Məsələn, Britaniya funtu dollara münasibətdə dəyərinin 14%-ni itirmişdir.

Son xəbərlər
Digər xəbərlər