3 C
Baku
Thursday, December 18, 2025

“JPMorgan”: 2026-cı ildə S&P 500 indeksi 8000 bəndə qədər yüksələ bilər

“JPMorgan” strateqləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) gözləniləndən daha fəal şəkildə faiz dərəcələrini endirəcəyi halda, 2026-cı ildə Amerikanın S&P 500 fond indeksinin 8000 bəndə qədər arta biləcəyini istisna etmirlər. 26 noyabr ticarət sessiyasının əvvəlində S&P 500 göstəricisi 6797,4 bənd (+0,5%) təşkil edib.

“JPMorgan”ın əsas proqnozu 2026-cı ilin sonuna qədər S&P 500 indeksinin 7500 bəndə çatmasıdır. Strateqlər ən azı iki il ərzində şirkətlərin mənfəətinin sürətlə — 13–15% templə artacağını gözləyirlər.

“MarketWatch” yazır ki, “JPMorgan”ın ABŞ bazarı üzrə proqnozunu demək olar “qorxusuz” adlandırmaq olar. Strateqlərin fikrincə, “Amerikanın unikal mövqeyi” şübhə doğurmur: onların sözlərinə görə, ABŞ dayanıqlı iqtisadiyyəti və süni intellektlə bağlı supertsikl sayəsində 2026-cı ildə “qlobal artımın lokomotivi” olaraq qalacaq. Bu supertsikl rekord kapital xərclərinə, mənfəətin sürətli yüksəlişinə və süni intellektlə bağlı şirkətlərdə, eləcə də keyfiyyətcə artan bizneslərdə “misilsiz” bazar konsentrasiyasına səbəb olub.

Hazırda bazarda Sİ şirkətlərin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıq var, lakin “JPMorgan” strateqləri bunun həqiqətə uyğun olmadığını düşünürlər. Söhbət mənfəətin daha proqnozlaşdırılan olması, qiymətə böyük təsir gücü, aşağı borc yükü və səhmdarlara kapital qaytarılmasında daha sabit tarixçəsi olan emitentlərdən gedir.

“JPMorgan” bildirir ki, şirkətlər və hökumətlər “köhnəlmək qorxusu” (Fear of becoming obsolete; FOBO) səbəbilə süni intellekt texnologiyasına fəal şəkildə sərmayə qoyur və bu, texnoloji sektordakı Sİ mpulsunun banklara, səhiyyəyə və logistika sahəsinə də yayılmasına şərait yaradır. Strateqlər hələ də texnoloji media, telekommunikasiya, kommunal xidmətlər, müdafiə sənayesi sektorlarına üstünlük verirlər və banklar ilə əczaçılıq sahəsində də irəliləyən dinamikanı gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər