“JPMorgan Chase” bankı “Stripe” və “Block” ilə rəqabət aparmaq üçün “Renovite” fintex startapını alacaq, bu barədə “CNBC” məlumat yayıb.
Bildirilir ki, “Renovite” bankın müştərilər üçün yeni təkliflər yeritməyə kömək edəcək, Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
“JPMorgan” tranzaksiya həcminə görə dünyanın ən böyük ticarət xidmət təminatçısı olsa da, “Stripe” və “Block” kimi sürətlə inkişaf edən şirkətlər son illərdə artan e-ticarət satışları və yeni ödəniş üsullarının yayılması sayəsində sıralarında yüksəldilər.
2020-ci ilin sonundan bəri “JPMorgan” ən azı beş startap əldə edib.