“JPMorgan” investisiya bankının hesablamalarına görə, martın ilk iki həftəsində mədənçilər gündəlik təxminən 48.3 min dollar qazanıblar. Bu, fevral ayı ilə müqayisədə 11%, 2024-cü ilin aprelindəki iki dəfə azalmadan sonra isə 52% azdır.
Hesabatda qeyd edilir ki, ümumi heşreyt (“hashrate” – mədən prosesində iştirak edən cihazların gücü) ötən ayın sonu ilə müqayisədə faktiki olaraq dəyişməz qalıb. Bankın məlumatına görə, martın ilk iki həftəsində “Bitcoin” şəbəkəsinin heşreyti 2 EH/s artaraq orta hesabla 811 EH/s təşkil edib.
“Bitcoin” şəbəkəsinin ümumi heşreytdə payı təxminən 30%-dir. Ötən il üçüncü rübün sonunda 29%, dördüncü rübün sonunda isə 25% olub.
ABŞ-də siyahıya alınmış 14 mədən şirkətinin ümumi bazar kapitallaşması əvvəlki ayla müqayisədə 13% və ya təxminən 3 milyard dollar azalıb. Bundan əvvəl fevralın yekunlarına əsasən yanvar ayı ilə müqayisədə göstərici 22% azalıb.