8 C
Baku
Friday, December 13, 2024

JPMorgan: “İqtisadi qasırğaya hazırlaşın”

Ceymi Daymon rəhbərlik etdiyi ABŞ-ın ən böyük bankının iqtisadi qasırğaya hazırlaşdığını söyləyib və digər bankirlərə də eyni şeyi etməyi tövsiyə edib. Banker.az “Banki.ru”ya istinadən xəbər verir ki, bankir bu barədə Nyu-Yorkda maliyyə konfransında çıxışında bildirib.

“Bilirsiniz, mən demişdim ki, göy gurultusu var, amma bu proqnozu dəyişdirəcəyəm… bu, qasırğadır”, – deyə Daymon söyləyib. O, əlavə edib ki, hazırda şərtlər “yaxşı” görünsə də, bu heç kimi çaşdırmamalıdır.

“İndi sanki günəşlidir və hər şey yaxşı gedir. Hər kəs FED-in hər şeyin öhdəsindən gələ biləcəyini düşünür. Amma qasırğa irəliləyir və biz də ona doğru irəliləyirik”, – deyə Daymon əlavə edib. “Biz hələ bilmirik, o, kiçik olacaq, yoxsa böyük”.

Daymon maliyyə bazarı iştirakçılarına bu tufana hazırlamağı tövsiyə edib. “Hazırlaşsanız, daha yaxşı olar. JPMorgan hazırlaşır və biz balansımızla çox mühafizəkar olacağıq”, – deyə rəhbər qeyd edib.

Onun sözlərinə görə, qarşıdan gələn tənəzzülə iki amil təsir edir. Birincisi – FED təcili istiqraz alışı proqramlarını ləğv edəcəyini və balansını azaldacağını açıqlayıb. Daha sadə desək, kəmiyyət sərtləşdirilməsi siyasətini irəli sürüb (QT).

“Bizdə heç vaxt belə bir QT olmayıb, ona görə də tarix kitablarında nələrin yazılacağının şahidi olursunuz”, – Daymon vurğulayıb. Onun sözlərinə görə, bəzi kəmiyyət yumşaltma tədbirləri, o cümlədən mənfi dərəcələr də daxil olmaqla “əks effekt” verib.

Tənəzzülə gətirib çıxaran ikinci əsas amil Ukraynadakı münaqişə və onun ərzaq və yanacaq da daxil olmaqla, digər məhsulların tədarükünə təsiridir. Belə ki, Daymonun proqnozlarına görə, nəticələrdən biri neftin bahalaşması olacaq. Onun fikrincə, qiymətlər 150 və ya 175 dollara çatacaq.

Son xəbərlər
Digər xəbərlər