7 C
Baku
Thursday, December 12, 2024

“JPMorgan”: Ukrayna hərbi əməliyyatlara başlasa, neft $150-a qalxacaq

Amerikanın “JPMorgan” bankının analitikləri Ukrayna ilə gərginlik səbəbindən Rusiyanın xam neft ixracının azaldacağı təqdirdə neftin “asanlıqla” 120 dollar/barelə yüksələcəyini proqnozlaşdırıblar.

Banker.az xəbər verir ki, “CNN” bankın icmalına istinadən yazıb ki, Rusiya neftin ixracını iki dəfə azaltsa, “Brent”in qiyməti 150 dollar/barelə çata bilər.

Ekspertlər vurğulayırlar ki, Ukrayna ərazisində silahlı münaqişə baş verərsə, bunun nəticələri bütün dünya üzrə istehlakçılar tərəfindən hiss olunacaq. “CNN”in qeyd etdiyi kimi, neft qiymətlərində belə bir sıçrayış benzin qiymətlərinin daha da kəskin artmasına gətirib çıxaracaq.

“Rusiyadan neft tədarükünün pozulması qiymətlərin asanlıqla 120 dollara qədər artmasına səbəb ola bilər”, – deyə “JPMorgan”ın qlobal xammal strategiyası şöbəsinin rəhbəri söyləyib.

“Morgan Stanley” analitikləri fevralın əvvəlində “Brent” neftinin 2022-ci ilin ikinci yarısında bir barel üçün 100 dollardan yuxarı qalxacağını proqnozlaşdırıblar. Onların fikrincə, buna neft bazarındakı “üçqat defisit” – xammal ehtiyatlarının azlığı, sərbəst istehsal gücü və bu sektora investisiyaların az olması kömək edib.

Son günlər neftin qiyməti aşağı düşür. “Brent” fevralın 9-u 91.73 dollara, “WTI” isə 89.05 dollar səviyyəsində olub. “CNN” qeyd edir ki, qiymətlər Rusiya və Ukrayna arasında gərginliyin azaldılması, eləcə də İranla yeni nüvə sazişinə doğru irəliləyiş ümidi ilə tənzimlənir.

Son xəbərlər
Digər xəbərlər