8 C
Baku
Monday, November 18, 2024

“JPMorgan” uzun sürəcək bank böhranını proqnozlaşdırıb

“Silicon Valley Bank” və “Signature Bank”ın uğursuzluqları nəticəsində yaranan bank böhranı hələ bitməyib və onun təsirləri uzun müddət hiss olunacaq. Bu barədə “JPMorgan Chase & Co” şirkətinin baş direktoru Ceymi Daymon səhmdarlara illik müraciətində yazıb.

“İndiki böhran hələ bitməyib, geridə qaldıqda belə onun təsirləri hələ illər sonra hiss olunacaq. Amma vacib olan odur ki, son hadisələr 2008-ci il qlobal maliyyə böhranı zamanı baş verənlərə bənzəmir”, – deyə Ceymi Daymon söyləyib.

Banker.az bu barədə Banki.ru-ya istinadən xəbər verir.

Eyni zamanda, o, bir sıra analitiklərin regional bankların problemlərinin böyük maliyyə qrupları üçün faydalı olması ilə bağlı iddialarını təkzib edib. “JPMorgan”ın top-meneceri Amerikalıların öz banklarına olan inamını sarsıdan hər hansı böhranın ümumilikdə bütün banklara ziyan vurduğunu da qeyd edib.

Son xəbərlər
Digər xəbərlər