“JP Morgan” bankının CEO-su Cemi Daymon bundan sonra əvvəllər aldığı 50 milyon dollarlıq ilsonu bonusu almayacaq. Bunun səbəbi kimi bankın iqtisadi çətinliklərlə mübarizə aparması göstərilir.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xatırladaq ki, may ayında səhmdarlar Daymonun bonus almasına qarşı çıxıblar. CEO-nun əməkhaqqı 1.5 milyon dollardır və o, illik 33 milyon dollar mükafat almaq hüququna malikdir. “Forbes”in hesablamalarına görə, Daymonun sərvəti 1.6 milyard dollardır.