21 C
Baku
Monday, May 27, 2024

“Jurdenin kartı” paradoksu nədir?

XX əsrin əvvəlində britaniyalı riyaziyyatçı Filipp Jurden tərəfindən irəli sürülən məsələ məşhur ziddiyyətlər sırasında ilk pillələrdə qərarlaşmışdır.

Təsəvvür edin ki, əlinizdə bir kart vardır və onun üzərində yazılıb: “Kartın digər üzündə yazılan məlumat gerçəkdir”. Kartı çevirdikdə isə orada bu cümləyə rast gəlirsiniz: “Kartın digər üzündki məlumat yalandır”. Başa düşdüyümüz qədəri ilə burada ikiqat ziddiyyət mövcuddur: əgər birinci iddia gerçəkdirsə, ikinci məlumat da gerçəkdir. Lakin bu halda birinci məlumat yalan olmalıdır.

Əgər kartın 1-ci üzündəki məlumat yalandırsa, onun digər üzündəki məlumatı gerçək hesab etmək mümkün deyil. Bu isə o deməkdir ki, birinci məlumat gerçəkdir…

Son xəbərlər
 ⁠
Digər xəbərlər