27 C
Baku
Saturday, July 27, 2024

Kərə yağının ölkədə istehsalı, xaricdən alışı, bazar qiyməti də artıb

Azərbaycanda həm kərə yağı istehsalı, həm də xarici ölkələrdən idxalı artıb.

Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, Azərbaycanda ilk 4 ayda 8 597 ton kərə yağı istehsal edilib. Bu illik müqayisə 6% çoxdur.

İdxal edilmiş kərə yağının miqdarı isə 5 600 ton olub ki, bu da illik müqayisədə 4.6% çoxdur. İdxal edilmiş bu məhsulun dəyəri isə 27 milyon 150 min ABŞ dolları təşkil edib.

Apreldə kərə yağının qiymət indeksi ötən ilə nisbətən 106.0% olub. Belə ki, aylıq müqayisədə kərə yağının qiyməti 0.6% bahalaşıb

Son xəbərlər
Digər xəbərlər