10 C
Baku
Thursday, December 12, 2024

Kəlbəcər və Laçında elektrik təsərrüfatı yenidən qurulur – VİDEO

“Azərişıq” relyefinə görə ölkənin ən mürəkkəb quruluşuna malik Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur.

Rayon ərazisində 35 kV-luq elektrik xətlərinin çəkilişi sürətlə davam etdirilir.

Yenidənqurma çərçivəsində Ağqaya, Milli, Qamışlı və Mərcimək istiqamətində son tamamlanma işləri görülür. Yeni metal dayaqlar basdırılır, müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. İstisu qəsəbəsində yerləşən 110/35 kV-luq yarımstansiyanın tikinti işləri və 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından çıxan 110 kV-luq hava xəttinin Kəlbəcərdən İstisuya qədər olan hissəsinin çəkilişi davam etdirilir. Şəhər ərazisində yeni 35/0.4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi isə başa çatıb.

Laçında da yenidənqurma işləri sürətlə aparılır. Laçın şəhəri dxilində yeraltı kabel xətlərinin çəkilişi davam edir. Rayonun Zabux, Cağazur, Qorçu, Qaragöl istiqamətində elektrik şəbəkələrinin yenilənməsi yekunlaşmış və Şəlvə, Qaragöl, Sus, Bəylik, Zağazur, Minkənd istiqamətinə çəkilən 35 kV-luq hava xətti də tamamlanmaq üzrədir. Quşçu kəndində isə yeni ÖİN-3 kabel hava xəttinin çəkilişinə başlanılıb. Şəhər ərazisində yeni 35/0.4 kV-luq yarımstansiya və rəqəmsal idarəetmə mərkəzinin eləcə də Minkənd ərazisində yeni 110/35/10 kV-luq yarımstansiyanın tikintisi üçün hazırlıq işləri görülür. Həm Kəlbəcər, həm də Laçında yeni şəbəkənin qurulması və xətlərin çəkilməsi Şəhərsalma Planına əsasən həyata keçirilir.

“Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin digər regionlarında da əsaslı təmir və yenidənqurma işlərini paralel şəkildə davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Son xəbərlər
Digər xəbərlər