– İnsanlar bəzən düşüncəsiz, məntiqsiz və eqoist olurlar. Amma sən yenə də onları bağışla.
– Əgər sən hər kəsə yaxşılıq edirsənsə, insanlar səni eqoist və təmənna güdən adlandıra bilərlər. Sən yenə də yaxşılıq et.
– Sən uğur qazansan , bir sıra yalançı dostların və həqiqi düşmənlərin olacaq. Sən yenə də uğur qazanmağa çalış.
– Əgər sən vicdanlı və səmimisənsə, insanlar səni aldada bilərlər. Sən yenə də vicdanlı və səmimi ol.
– Sən mənəvi rahat və xoşbəxt olsan, insanlar sənə paxıllıq edəcəklər. Sən yenə də xoşbəxt ol.
– Bu gün etdiyin yaxşılqı sabah unudula bilər. Sən yenə də yaxşılıq etməyə davam et.