4 C
Baku
Friday, March 29, 2024

Kəmaləddin Heydərov koronavirusa yoluxub

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov koronavirusa yoluxub.

Nazir hazırda ev şəraitində müalicə alır.

Bildirilir ki, nazirin vəziyyətində ciddi ağırlaşma olmasa da, səhhətindəki narahatlıqla və özünü təcridlə bağlı sabah Azərbaycan Boks Federasiyasında (ABF) keçiriləcək hesabat-seçki konfransına qatıla bilməyəcək.

Daha doğrusu onun konfransda onlayn formatda iştirak edəcəyi gözlənilir.

Qurumun mətbuat xidmətinin əməkdaşı Vüqar Novruzov məlumatı nə təsdiq, nə də təkzib edib.

İşdə olmadığını vurğulayan FHN rəsmisi məsələ ilə bağlı dəqiqləşdirmə aparandan sonra məlumat verəcəyini açıqlayıb.

Qeyd edək ki, fevralın 9-da Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçiriləcək.

Tədbirdə hazırkı federasiya prezidenti Kəmaləddin Heydərovu əvəzləyəcək şəxsin adına aydınlıq gələcək.

Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olacaq. Onu əvəzləməyə namizəd olan şəxsin adı açıqlanmır.

Xatırladaq ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.

Son xəbərlər
Digər xəbərlər