Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Fasad-F” MMC (VÖEN: 1403543561) ilə satınlama müqaviləsi açıqlayıb.
Banker.az xəbər verir ki, Nazirliyin şirkətlə müqviləsindəki predmet Göygöl rayonunda İri və xırda buynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikinti işini aparılmasıdır.
“Fasad-F” buna görə, nazirlikdən 12 milyon 750,533 min manatlıq vəsait alacaq.
Bildirək ki, adıçəkilən şirkət 2016-cı ilin oktyabr ayında fiziki şəxs olan Fəxri Cəfərov Aydın oğlu tərəfindən təsis edilib və nizamnamə kapitalı 100 manat təşkil edir.