18 C
Baku
Thursday, April 25, 2024

Kənd Təsərrüfatı Nazirliyi yeni səlahiyyət alır

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb.

Fərmanda deyilir,

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 11.9-1-ci və 11.42-1-ci bəndlər əlavə edilsin:

“11.9-1. seleksiya nailiyyətlərinin qeydiyyatını və patent mühafizəsini, habelə “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər vəzifələri tabeliyindəki qurum vasitəsilə təşkil edir və onların icrasına nəzarəti həyata keçirir;”;

“11.42-1. Nazirliyin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən aidiyyəti işçilərini təsviri və təchizat norması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xüsusi geyim forması və fərqlənmə nişanları ilə, habelə siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən nəzarət-ölçü cihazları ilə və digər xüsusi vasitələrlə təmin edir;”;

1.2. 18.2-ci bənddən “bilavasitə” sözü çıxarılsın;

1.3. 18.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“18.6. Nazirliyin Aparatının işçilərini, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini, struktur bölmə rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, digər işçilərin (tabeliyindəki qurumların strukturuna daxil olmayan hüquqi şəxslərin yalnız rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir;”.

(Bu bənd KT nazirinin salhiyyətinə aiddir və ƏVVƏL belə idi: Nazirliyin aparatının işçilərini strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edir və vəzifədən azad edir;)

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini və təchizat normasını, habelə kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan nəzarət-ölçü cihazlarının və digər xüsusi vasitələrin Siyahısını üç ay müddətində təsdiq etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 oktyabr 2021-ci il

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər