2 C
Baku
Saturday, December 14, 2024

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı üzrə yeni qaydaların tətbiqinə başlayıb.

Bu barədə Banker.az-a nazirlikdən bildirilib.

Məlumata görə, agentliyin vəsaiti hesabına kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib.

Satış Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə təsdiqlənmiş yeni qaydalara uyğun aparılıb.

Gömrük dəyəri 172 min AZN olan texnikanı təchizatçıdan kənd təsərrüfatı müəssisəsi 68 800 manata, yəni dəyərin 40%-i güzəşt olunmaqla əldə edib. Müəssisə satış məbləğinin 20%-i həcmində ilkin ödəniş edib. Alıcı satış məbləğinin qalan hissəsini təchizatçıya Agentliyin vəsaiti hesabına müvəkkil kredit təşkilatından götürdüyü güzəştli kreditlə ödəyib. Texnika alıcısı krediti 5 il müddətinə faizsiz olaraq geri qaytaracaq. Kreditin faizləri isə AKİA tərəfindən aybaay müvəkkil kredit təşkilatına ödənəcək.

Ölkə Prezidentinin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası”na görə, kənd təsərrüfatı texnikalarının və damazlıq heyvanların güzəştli şərtlərlə satışını artıq AKİA həyata keçirir. Həmin fərmanadək bu səlahiyyətlər Kənd Təsərrüfatı Nazirliyinin digər tabeli qurumu olan Aqrolizinq ASC-də idi.

Qeyd edək ki, yeni qaydalara uyğun olaraq, kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli şərtlərlə və güzəştli kredit vəsaitindən istifadə ilə istədiyi təchizatçıdan və istədiyi müvəkkil kredit təşkilatı vasitəsilə ala bilər.

Son xəbərlər
Digər xəbərlər