Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 4-5 mart tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Banker.az xəbər verir ki, budəfəki yarmarkalarda 50 regiondan 72 fermer iştirak edəcək. Fermerlər 80-dən artıq çeşiddə yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda təşkil olunacaq:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı)