Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 18-19 may tarixlərində Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Nazirlikdən Banker.az-a verilən məlumata əsasən, yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək.