Zaqatalada yetişdirilən meyvələrdən biri də xurmadır. Burada tədarük olunan xurma yerli və xarici bazarlara çıxarılır.
Bu il rayonda məhsulun bolluğu bazardakı qiymətə təsir etməyib.
Ağacın böyüklüyündən asılı olaraq, hər ağacdan 250 kiloqrama yaxın məhsul yığan sakinləri daha çox qiymətinin aşağı olması və alıcının yoxluğu narahat edir.
Məhsulun bolluğuna baxmayaraq, yerli bazarda xurmanın qiyməti 70 qəpik və 1.20 arası dəyişir. © Oxu.az