Özbəkistanın sabiq prezindeti İslam Kərimovun qızı Gülnarə Kərimovanın yaxınları hökuməti hədələyiblər.
Rusiya KİV-nə istinadən, G.Kərimovanın oğlu İslam Kərimov hökumət üzvlərinin maliyyə durumu barədə sənədləri açıqlayacaqlarını bildirib. Onun sözlərinə görə, anasına qarşı sürülən ittihamlar geri götürülməsə, nazirlərin və digər hökumət nümayəndələrinin maliyyə sənədləri ictimaiyyətə təqdim ediləcək.
İ.Kərimov qeyd edib ki, anasının vergidən yayınması, dövlətə maddi ziyan vurması barədə iddia irəli sürərkən məbləği şişiriblər və heç bir sübut göstərməyiblər. O, “Mən indi ad çəkmək istəmirəm. Ancaq hər bir nazirin, indi hakimiyyətdə yer tutan bir çox insanların və güc strukturunda çalışan şəxslərin adını dərc etməyə hazırlaşırıq. Onların bir çoxunun maddi vəziyyəti həddinən artıq yaxşıdır. Söhbət 2 milyard yox, 3-4 milyard və sairdən gedir. Amma heç kim bu barədə danışmır”,-deyib.