22 C
Baku
Thursday, May 2, 2024

Kəskin yüksəliş! Ölkə üzrə müəssisələr ₼160 milyardlıq gəlirə qarşı ₼76 milyard mənfəət əldə ediblər

Azərbaycanda fəaliyyətdə olan şirkət və təşkilatların ümumi (satışdan) mənfəətinin həcmi 2022-ci ildə mənfəətini illik müqayisədə 75.2 faiz artırıblar. Ümumi mənfəət dedikdə, gəlirlər ilə satışın maya dəyəri nəzərdə tutulur. Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabatda qeyd edilir ki, hesabat ərzində müəssisə və təşkilatların ümumi mənfəəti 76 milyard 527.55 milyon manat təşkil edib. 2021-ci ildə cəmi 43 milyard 671.37 milyon manatlıq ümumi mənfəət əldə etmişdilər. Ən böyük ümumi mənfəəti 58 milyard 575.59 milyon manat olmaqla mədənçıxarma sənayesindən daxil olub, hansı ki, burada neft-qaz, qızıl və digər metalların çıxarılmasını ehtiva edir.

⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə

Hesabat ilində göstərilir ki, ölkənin müəssisələri ötən ildə 159 milyard 874.54 milyon manat gəlir əldə ediblər. Bu 2021-ci ildə 113 milyard 57.87 milyon manat idi. Xərclərin həcmi 89 milyard 254.84 milyon manat olub.

Bununla belə bir iqtisadi sektor hələ də ümumi zərərlə işləməkdədir. Bu, su təchizatı ilə bağlı müəssisələrdir ki, qeyd edilən müddətdə 152.33 mln. manat zərərlə bitirib.

Azərbaycanda müəssisə və təşkilatların 2022-ci ildə ümumi (satışdan) mənfəəti / zərəri(-),  mln. manat
İqtisadi fəaliyyət növləri  Hesabat ilində mənfəət / zərər(-) Əvvəlki illə müqayisədə artım sürəti
İqtisadi fəaliyyət növləri üzrə, cəmi                 76,527.6 175.2
o cümlədən:                              –
Mədənçıxarma sənayesi                 58,575.6 201.6
Ticarət; nəqliyyat vasitələrinin təmiri                   6,385.9 139.5
Emal sənayesi                   3,746.9 98.4
Tikinti                   1,926.1 83.3
Nəqliyyat və anbar təsərrüfatı                   1,372.4 119.8
Maliyyə və sığorta fəaliyyəti*                   1,174.9 129.1
İnformasiya və rabitə                   1,147.0 164.5
Peşə, elmi və texniki fəaliyyət                       963.2 162.8
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq                       320.2 259.5
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı                       294.8 102.7
Turistlərin yerləşdirilməsi və ictimai iaşə                       258.5 353.2
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar                       109.9 319.3
Digər sahələrdə xidmətlərin göstərilməsi                         96.6 138.8
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi                         96.3 240.3
İnzibati və yardımçı xidmətlərin göstərilməsi                         93.2 92.6
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət                         64.4 x
Təhsil                         53.2 126.4
Dövlət idarəetməsi və müdafiə; sosial təminat                            1.0 68.1
Su təchizatı; tullantıların təmizlənməsi və emalı                     (152.3) 83.7
* – sığorta, bank və bank olmayan kredit təşkilatlarının məlumatları nəzərə alınmaqla

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər