-1 C
Baku
Sunday, December 15, 2024

Kadırov çeçen qüvvələrinin Donetskə yerləşdirildiyini açıqlayıb

Çeçenistan lideri Ramzan Kadırov çeçen qüvvələrinin “Donetsk Xalq Respublikası”na yerləşdirilməsi ilə bağlı əmr aldığını bəyan edib.

Kadırov bu barədə “Telegram” kanalında məlumat paylaşıb.

“Dostlar, çeçen bölmələri öz qüvvələrinin yerdəyişməsi ilə bağlı əmr alıb. Donetsk Xalq Respublikasının ərazisi məsuliyyət zonası olub. Əmrə əsasən, Çeçen bölmələrinin döyüşçüləri aktiv döyüş əməliyyatlarına başlamalı və bir neçə yaşayış məntəqəsini azad etməlidir”, – Kadırov qeyd edib.

Ramzan Kadırov Zaporoje ilə Xerson rayonları arasında təmas xəttinin alternativ seksiyasına yerləşdirilmiş Axmat bataliyonunun digər bölmələrinin də hücuma keçməsi üçün oxşar əmrlərin alındığını bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər