20 C
Baku
Tuesday, May 21, 2024

Kadırov Qroznıda İslam bankı açacaq

Bankın açılması Çeçenistan üçün böyük əhəmiyyət kəsb edir.

Qroznıda İslam qanunlarına uyğun olaraq fəaliyyət göstərən maliyyə müəssisəsi – İslam bankı açılacaq.

Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov İnstagram səhifəsində yazıb.

Kadırovun sözlərinə görə, İslam bankının açılmasına dair razılıq Birləşmiş Ərəb Əmirliklərinin МАZCORP şirkətinin rəhbərliyi ilə görüş zamanı əldə edilib. Tərəflər layihənin həyata keçirilməsinə başlamağı qərara alıb, Çeçen rəhbəri yazıb.

Kadırov İslam bankının açılacağı tarixi dəqiqləşdirməyib.

Bankın açılması Çeçenistan üçün böyük əhəmiyyət kəsb edir. Respublikada Əmirliklərin sərmayə yatırımı ilə iri obyektlərin inşaat işləri gedir.

Yeganə maneə İslam banklarının olmamasıdır.

МАZCORP həmçinin “Maqnus-Qroznı” farmasevtik klasterin inşaatında iştirak etmək, eləcə də “Ahmat-Tauer” çoxfunksiyalı kompleksin inşaatına müəyyən investisiyalar yatırmaq niyyətindədir.

oxu.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər