13 C
Baku
Wednesday, May 8, 2024

Kadri Simson Azərbaycana səfər edəcək

Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson iyulda Azərbaycana səfər edəcək.

Bu barədə K.Simson Latviyada keçirilən “Üç dəniz regionunda balanslaşdırılmış və dayanıqlı enerji sektorunun yaradılması” mövzusunda biznes forumda çıxışı zamanı deyib.

O qeyd edib ki, Aİ-nin enerji platforması Avropanın şaxələndirmə üzrə başlıca səylərindən biridir.

“Bu platforma bizə qaz infrastrukturunu daha səmərəli istifadə etməyə və tədarüklərlə bağlı tərəfdaşlarla işləməyə imkan verəcək. Beynəlxalq tərəfdaşlarla təmaslara gəldikdə, biz ABŞ və Norveçlə danışıqlarda irəliləyiş əldə etmişik. Ötən həftə Qahirədə Misir və İsraillə anlaşma memorandumu imzaladıq. Mən iyul ayında Azərbaycana da səfər edəcəyəm. Bizim həmçinin Kanada, Qətər, Əlcəzair və digər ölkələrlə intensiv təmaslarmız var”, – deyə o bildirib.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər