2023-cü ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 23.5 faiz artaraq 938.8 milyon manat olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50.6 faizi hüquqi şəxslərin, 49.4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 25.1 faiz artaraq 470.5 milyon manat olub.