1.Xasiyyət və məziyyət – İnsanın bütün məziyyətlərini əks etdirən dayaqdır. Biri digərsi olmadan yarımçıqdır. Təkcə təhsil azdır. İstedadın olması da gərəkdir. Cahilin bədxəxtliyi ondadır ki, o, həyat amalını , məşğuliyyətini doğma diyarda , dostlar arasında yerini seçməkdə səhv edir.
- Niyyətini bildirmədən hərərkət et. Gözlənilməzlik müvəffəqiyyətin rəhnidir. Açıq oyunun nə xeyiri, nə sevinci olar. Öz məqsədini bildirməsən , hamıda xüsusi ilə də yüksək vəziyyətin ümumi intizar doğurduğu , niyyətlərin sirrlərə büründüyü , bu müəmmalı anlaşılmazlığın ehtiram təlqin etdiyi yerdə böyük maraq oyadarsan. Hətta başa düşülmək istədikdə belə ürəyiaçıqlıqdan və səmimilikdən qaç, heç kimin qəlbinə soxulmasına imkan vermə. Təmkinlik kamlliyin məbədidir. Niyyəti açıqlamaq onu məhv etmək deməkdir., belə halda onun qüsurlari qabaqcadan aşkar edilər, müvəffəqiyətsizliyə uğramaq isə ikiqat fəlakət olar. Həmışə diqqəti özünə cəlb etməkdən ötrü Tanrının yolunu tut.
- Müdriklik və mərdlik – əzəmətin təməlidir. Bunlar əbədidir və insana əbədiyyəti bəxş edir. İnsan daha çox öyrəndikcə, daha çox insan olur. Aqil adam qüdrətlidir. Cahil üçün dünya zülmətdir. Ağıl insanın gözü , qüdrət qüdrət isə əlləridir. Mərdlik olmasa , müdriklik faydasızdır.
4.Qoy sənə möhtac olsunlar. Bütü səcdəgah edən heykəltaraş deyil, ona sitayiş edəndir. Yaxşısı budur ki, səndən xahiş etsinlər. Nəinki minnətdarlıq bildirsinlər. Alçaq minnətdarlığa arxalanmaq , nəcib ümidləri talan etməkdir. Birinci nə qədər unutqandırsa, ikinci bir o qədər hafizəlidir. Aslı olanlar, minnətdar olanlardan daha faydalıdır. Susuzluğu söndürən bulaqdan üz döndərəcək, sıxılmış portağal qızıl qabdan bataqlığa atılacaqdır. Ehtiyyacın sonu dostluğun , sənə edilən qulluğun sonu deməkdir. Ona görə sənin üçün həyatın birinci qaydası belə olsun; sənə olan ehtiyyacı saxlamağa çalış, onu tam ödəmə, hətta rəislərinin də qoy həmişə sənə ehyiyyacı olsun, ancaq fikirlərini gizlin saxlamaq naminə yalan danışma, aldatma, öz rifahın xeyrin üçün heç kimə pislik etmə.
5..İnsanın yetkinliyi. İnsan yetkin doğulmur. Ancaq gündən-günə mükəmməlləşərək və işində təkminləşərək yetkinliyin yüksək zirvəsinə, məziyyətlərinin və üstünlüklərinin tamlığına nail olur. Bu, özünü zövqün incəliyində. ağlın itiliyində, mühakimələrin tutarlılığında, arzu və diləklərin təmizliyində bruzə verir. Bəziləri tam yetkinliyə nail ola bimirlər. Onlarda həmişə nəisə çatışmır. Bəziləri buna gec nail olurlar. Hərtərəfli inkişaf etmiş . sözlərində sərrast, işlərində ağıllı adam dərrakəli adamların xoşuna gəlir. Onlar bele adamla ünsiyyətdə olmağa çalışırlar.