22 C
Baku
Friday, April 19, 2024

Kampan Qədimov – Dünyanın nəhəng 7 neft maqnatından biri

Bakı şəhərinin Balaxanı qəsəbə qəbiristanlığında dünyanın nəhəng 7-ci neft maqnatlarından biri olan Kampan Qədimov uyuyur. İlk baxışdan bəlkə də burada neft maqnatının adına layiq dəbdəbəli bir qəbir daşı görəcəyinizi düşünə bilərsiniz. Lakin bunun tam əksinə olaraq neft axundunun məzarı olduqda sadə və kiçikdir.

Neft milyonçusunun qəbir daşının üstündə ərəb və ingiliscə “Mer Qanpan Kadimof” yazısı var. K.Qədimovun evi kəndin mərkəzində hələ də qorunur. Onu da deyək ki, 21 otaqdan ibarət bu evdə milyonçu neftxudanın nəticəsi Kampan Qədimov yaşayır. Məşədi Kampanın nəticəsi ulu babası haqqında bunları deyib: “Ulu babamın əsl adı Əlibaxış olub.

Nobel qardaşları kimi digər neft milyonçuları özlərinə kompaniya yaratmaq istəyiblər. Bu məqsədlə qruplarına daxil etmək üçün özlərinə yeddinci neft maqnatı axtarıblar. İngilislər Bakı kəndlərində tez-tez olublarmış. Yəqin ulu babamın neft maqnatları ilə tanışlığı Balaxanıda olub. Sonda Məşədi Kampan yeddinci neft maqnatı qrupuna daxil olub”.

f2a2efK.Qədimov səxavətli, əliaçıq və təvazökar insan olub. Nəticəsi onun xeyriyyəçiliyindən bəhs edir: “Gəlib deyirlərmiş ki, Məşədi Kampan, bir dənə məktəb tikmək lazımdır. O da “nə qədər pul lazımdır” soruşanda əgər 100 min manat istəyirdilərsə, çıxarıb bir milyon verirmiş. Yəni gedin, lap on məktəb tikin. Sonra da deyirmiş ki, amma bu pulu mənim verməyim heç vaxt bilinməsin və adım heç yerdə hallanmasın. Qış aylarında kənddəki kasıblara yardım etmək üçün nə lazımdırsa bir kisəyə yığılmasını tapşırarmış. Sonra o kisələri aparıb kasıbların qapısı ağzına qoyurmuşlar”.

Sovet hakimiyyəti dövründə milyonçulara qarşı aparılan repressiya Məşədi Kampandan yan keçib. O dövrün hakimiyyəti Məşədi Kampana kasıblara yardım etdiyinə görə dəyməyib. Nəticəsi Məşədi Kampanın ölümündən sonra mal-mülkünün müsadirə olunduğunu deyir: “1928-ci ildə rəhmətə gedib. Sovet hökuməti 21 otaqdan ibarət evi əlimizdən aldı. Nənəm danışırdı ki, evimizdən qızıl-zinət əşyalarını aparmaq üçün hər gün dörd böyük yük maşını gəlirdi. Sovet hökumətinin yağmalama prosesi 1961-ci ilə kimi davam etdi. Çarpışıb-vuruşaraq dədə-baba evimizi geri qaytara bildik”.

Balaxanıda Məşədi Kampanın bir kəndli ilə dillər əzbəri olan söhbəti hələ də unudulmayıb. Bir kəndli Məşədi Kampana yaxınlaşıb “sovet gəlir” deyir. Məşədi Kampan əlindəki şir başlı əsanı göstərir: “İndi əsanın lap başındayam, kəndli ortasında, sovet hökuməti isə aşağıda — torpağa dəyən hissədədir. Sovet hökuməti gəlirsə, əsa tərsinə çevriləcək. Onlar əsanın yuxarısında, mən isə aşağısında olacağam. Yəni sənin yerin dəyişməz qalacaq”.

Milyonçunun nəticəsinin maraqlı bir əhvalat danışdığı da məlumdur: “Məşədi Kampanı Bakı kəndlərinin birinə toya dəvət edirlər. Toyda iştirak edənlərin əksəriyyəti bolşeviklər olub. Məclisin tamadası Nəriman Nərimanov, oxuyan isə xanəndə Cabbar Qaryağdıoğlu olub. Toyda mahnı sifarişi növbəsi Məşədi Kampana çatır. Nəriman Nərimanov Kampandan hansı mahnının istədiyini soruşur. Məşədi Kampan bir menşevik mahnısı istəyir. Aləm dəyir bir-birinə. Nərimanov Məşədi Kampanın sözünü yerə sala bilmir. Həmçinin yaxşı başa düşür ki, bolşevik toyunda menşevik mahnısının çalınması yuxarıların qəzəbinə səbəb olacaq. Ancaq Kampanın ”zakazı” oxunur. Nərimanov vəziyyətdən çıxmaq üçün “camaat, menşevik mahnısını eşitdinizmi” deyə soruşanda hamı bir ağızdan “yox” deyib”.

Məşədi Kampanın ölümü də müəmmalı və heyrətamiz olub. Evdə yeyib-içən milyonçu anasına “gedin, molla Məmmədağanı çağırın, gəlsin başımın üstündə Quran oxusun, iki saatdan sonra öləcəyəm” deyir. Köməkçisi təəccüb içində olsa da ağanın sözündən çıxmır. Molla Quranı oxuyur və Məşədi Kampan gözlərini yumur. Hamı onun yatdığını zənn edərək otaqdan çıxıb. Amma 5-6 saatdan sonra yuxudan oyanmadığını gördükdə öldüyünü anlayıblar. Bu vaxt əsl möcüzə baş verib. Ay görünüb, onun işığı isə yalnız Məşədi Kampanın üzünə düşüb.

Son xəbərlər
Digər xəbərlər