“BCG” və “The Network”un birgə araşdırmasına görə, Kanada 2020-ci ildə əmək miqrantları üçün ən cəlbedici ölkə olub.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edildiyi kimi, bu ölkənin əsas üstünlüyü kimi koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin effektivliyi göstərilir.
Ekspertlərin qiymətləndirmələrinə görə, Avropa ölkələri insanlar üçün daha az cəlbedici olublar. Bir neçə ölkə hətta ilk onluqdan çıxıb.
“İtaliya, Belçika, İsveç və ya Hindistan kimi mobillik cəhətdən seçilən ölkələrdən fərqli olaraq, Rusiyada iş üçün miqrasiya etmək istəyi eyni səviyyədə qalır”, – deyə “BCG”nin Rusiya və MDB sədri söyləyib.
Son bir ildəki çətin epidemioloji vəziyyət, distant iş formatının əhəmiyyətli dərəcədə inkişafına təsir göstərmişdir. Və bir çox işçi xarici şirkətdə işləmək istəyini bildirməyə başlamışdır.