25 C
Baku
Saturday, April 20, 2024

Kanada AIIB-ə üzv olmaq üçün müraciət edib

Kanada Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) üzv olmaq üçün quruma rəsmən müraciət edib. 

“Financial Times”ə istinadən xəbərə görə, bunu Kanadanın baş naziri Castin Tryudo (Justin Trudeau) Pekinə (Çin) səfəri zamanı bildirib.

Kanadanın maliyyə naziri Bil Morno (Bill Morneau) məsələni təsdiq edərək bildirib ki, bu üzvlük yeni iş yerlərinin açılmasına, qlobal iqtisadi inkişafa şərait yaradacaq və rəsmi Ottavanın iqtisadi maraqlarına uyğundur.

Kanadanın müraciətinə münasibət bildirən AIIB prezidenti Tzin Litsyun etimadın göstəricisi adlandırıb.

AIIB üzvlüklə bağlı yeni müraciətlərə 2017-ci ilə qədər cavab verilməyəcəyini, hazırda Braziliya, İran, Cənubi Afrika və Filippinin müraciətlərin ratifikasiyasını gözlədiyini açıqlayıb.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycanın bankda iştirak payı 0,25% (254,1 mln. dollar) təşkil edir. Azərbaycanın bu banka üzvlüyü isə bu il iyunun 24-də ratifikasiya edilib.

Report

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər