Kanada aviaşirkətləri yanacaq qiymətlərinin artması səbəbindən reysləri ləğv edir

Kanada aviaşirkətləri ABŞ və İsrailin İranla münaqişəsi fonunda aviasiya yanacağının bahalaşması səbəbindən reysləri ləğv etməyə başlayıb. Bu barədə CBC telekanalı məlumat yayıb.

Belə ki, Air Transat may-oktyabr ayları üçün reyslərini 6% azaltdığını açıqlayıb. Azalma əsasən Avropa və Karib hövzəsi istiqamətlərinə təsir edəcək və ümumilikdə 1 minə yaxın reysi əhatə edəcək.

WestJet aprel ayında reyslərin 1%-ni, mayda 3%-ni, iyunda isə 6%-ni ləğv edəcək. Air Canada isə Şimali Amerikada iqtisadi baxımdan artıq məqsədəuyğun hesab olunmayan altı marşrutu dayandırdığını bildirib. Bu ixtisar ümumi reyslərin təxminən 1%-nə təsir edəcək.

Bununla belə, sahə üzrə ekspertlər qeyd edirlər ki, Kanadada vəziyyət Avropa ölkələri ilə müqayisədə o qədər də ağır deyil. Belə ki, ölkədaxili uçuşlar üçün istifadə olunan aviasiya yanacağının təxminən 85%-i yerli neft emalı zavodlarında istehsal olunur.

Son xəbərlər
Digər xəbərlər