9 C
Baku
Thursday, December 12, 2024

Kanada birdəfəlik plastik qabları qadağan edir

Kanada hökuməti birdəfəlik plastik qabları qadağan edir, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Qeyd edək ki, qadağa 2022-ci ilin dekabrında qüvvəyə minəcək.

Bu əşyaların satışı 2023-cü ilin dekabrından qadağan ediləcək. Hökumət həmçinin 2025-ci ilin sonuna qədər bu altı kateqoriyada plastiklərin ixracını qadağan edəcək.

Kanada sahillərində plastik tullantıların əksəriyyətini birdəfəlik plastiklər təşkil edir. Hökumətin məlumatına görə, hər il 15 milyarda qədər plastik torba istifadə olunur.

Son xəbərlər
Digər xəbərlər