17 C
Baku
Thursday, May 2, 2024

Kanada bu dövlətlərə sanksiyalar tətbiq etdi

Kanada hökuməti Rusiya, İran və Myanmaya qarşı sanksiyalar paketi qəbul edib.

Bu barədə Kanada XİN-in yaydığı bəyanatda deyilib.

Verilən məlumata görə, sanksiyaların tətbiq olunmasına səbəb kimi bu ölkələrdə insan hüquqlarının pozulması göstərilib.

XİN bəyanatında o da qeyd olunub ki, Rusiyanın Ukraynaya təcavüzünə etiraz edən Rusiya vətəndaşlarına qarşı insan haqlarının sistematik şəkildə pozulmasında iştirak edən 33 indiki və ya keçmiş yüksək vəzifəli məmura və altı təşkilata qarşı sanksiyalar tətbiq olunub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər