30 C
Baku
Tuesday, August 5, 2025

Kanada Fələstin dövlətinin BMT-də tanınmasını istəyir

Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir.

Bu barədə Kanada hökumətinin başçısı Mark Karni özünün “X” hesabında yazıb.

“Kanada İsrail və Fələstin xalqları üçün sülh və təhlükəsizliyə təminat verən iki dövlət prinsipini dəstəkləyir”, – deyə M.Karni qeyd edib.

O, Ottavanın BMT-də bu məsələyə həsr olunmuş konfransda xarici işlər nazirlərinin görüşü də daxil olmaqla bütün təşkilatlarda bu məqsədə nail olmaq üçün fəal çalışacağını açıqlayıb.

Məlumat üçün əlavə edək ki, Fransa da öz növbəsində BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər