17 C
Baku
Monday, April 29, 2024

Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

Kanada İran rejiminə qarşı yeni sanksiyalar tətbiq edib.

Bunu Kanadanın xarici işlər naziri Melani Coli açıqlayıb.

Nazir Kanadanın Xüsusi İqtisadi Tədbirlər Qaydalarına əsasən, İrana əlavə sanksiyalar tətbiq etdiyini deyib.

Onun sözlərinə görə, İran İnqilab Məhkəmələrinin hakimləri insan haqlarının pozulmasına görə sanksiyalara məruz qoyulub.

Ədalət sistemində, xüsusən də İran İnqilab Məhkəmələrində insan hüquqlarının kobud və sistematik şəkildə pozulmasında rol oynadıqlarına görə, İran İslam Respublikasının 7 hakiminə sanksiya tətbiq edilib.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Kəşfiyyat Nazirliyi ilə sıx bağlı qurum olan İnqilab Məhkəmələrinin saxta məhkəmələrdən sonra, işgəncə altında toplanmış sübutlara əsaslanaraq ölüm hökmləri və ağır həbs cəzaları verməklə məşhur olduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, bu, Kanadanın 2022-ci ilin oktyabr ayından İran rejiminə qarşı tətbiq etdiyi 12-ci sanksiya paketidir. Sanksiyalar Kanadanın Avropa İttifaqı, Böyük Britaniya və ABŞ tərəfindən elan edilmiş təyinatlara uyğunlaşma səylərinə əsaslanır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər