7 C
Baku
Sunday, December 15, 2024

Kanada parlamenti işini dayandırdı

Kanadanın baş naziri Castin Tryudo səlahiyyətlərindən istifadə edərək, parlamentin fəaliyyətini 23 sentyabr tarixinə qədər dayandırıb.

“Report” xəbər verir ki, müvafiq fərman Castin Tryudonun müraciəti əsasında ölkənin general-qubernatoru Jyuli Peyette tərəfindən imzalanıb.

“Yeni növ koronavirus pandemiyası şəraitində iqtisadiyyatı bərpa etmək üçün uzunmüddətli bir plan lazımdır. Sentyabrın 23-də edəcəyim çıxışda bu planın həyata keçirilməsi üçün ilk addımları təqdim edəcəyik”-deyə, o bildirib.

Parlament qaydalarına görə, palataların işi dayandırıldığı təqdirdə əvvəllər təqdim edilmiş bütün qanun layihələri ləğv edilir.

Eyni zamanda, çıxışından sonra baş nazir parlamentdən etimad səsi almalı olacaq. Əgər bu baş verməsə, 2005-ci ilin noyabr ayında olduğu kimi Kanada da yenidən seçkilər keçiriləcək.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər