10 C
Baku
Thursday, December 12, 2024

Kanada Ukraynaya $390 mln. kredit ayırır

Kanadanın Baş naziri Castin Trüdo Ukraynanın iqtisadi dayanıqlığını dəstəkləmək üçün əlavə 500 milyon Kanada dolları (təxminən 390 milyon ABŞ dolları) kredit ayırdığını açıqlayıb.

Banker.az xəbər verir ki, “Ukraynanın iqtisadi dayanıqlığını dəstəkləmək üçün bu gün Kanadanın Ukrayna hökumətinə 500 milyon Kanada dollarına qədər kredit ayıracağını elan edirik”, – deyə Trüdo söyləyib.

O, bu kreditin yanvarda ayrılmış 120 milyon Kanada dollarına (təxminən 94.2 milyon ABŞ dolları) əlavə olaraq təklif olunacağını vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər