12 C
Baku
Saturday, November 23, 2024

Kanada Ukraynaya 6.1 mln. dollarlıq silah göndərəcək

Kanada Ukraynaya 6.1 milyon dollar dəyərində silah tədarük edəcək.

Banker.az xəbər verir ki, bu barədə qərarın Kiyevlə məsləhətləşmələrdən sonra qəbul edildiyini vurğulayan Baş nazir Castin Trüdo deyib.

Daha əvvəl bildirilmişdi ki, kanadalı təlimatçılar 2015-ci ildən Ukrayna hərbçilərinə təlim keçir. “Unifier” əməliyyatı ən azı 2025-ci ilə qədər davam edəcək, missiyanın tərkibi isə 200 nəfərdən 400 nəfərədək artırılacaq.

“Kanada Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qətiyyətlə dəstəkləyir və ətrafında hərbi qüvvələrini gücləndirən Rusiyanın təcavüzünü tənqid etməkdə davam edir. Kanada hələ də diplomatik həlli yoluna sadiq qalır və Rusiyanı gərginliyi azaltmağa və dialoq aparmağa çağırır”, – deyə Kanadanın Baş naziri Castin Trüdo vurğulayıb.

Qeyd edək ki, “Rusiyanın işğalı” qorxusuna görə artıq 40-a yaxın ölkə öz həmvətənlərini Ukraynanı tərk etməyə çağırıb. Kanada və ABŞ da səfirliklərini Kiyevdən Lvova köçürüb. Ağ Ev hesab edir ki, Rusiya sabah, fevralın 16-sında Ukraynaya hücum edə bilər.

Son xəbərlər
Digər xəbərlər