13 C
Baku
Friday, April 26, 2024

Kanada universitetlərində ali təhsil

Kanada universitetlərində əldə edilən ali təhsil Amerikada və Böyük Britaniyada əldə edilən ali təhsilə bərabər hesab edilir. Bununla yanaşı Kanadada təhsil haqları və yaşayış xərcləri İngiltərə, Amerika, Avstraliya və Yeni Zellandiyadakı qiymətlərdən daha ucuzdur.

Hər il Kanada universitetləri 130 000-ə yaxın əcnəbi tələbə qəbul edir və onlara 10 000-dən çox müxtəlif təhsil proqramları təklif edir. Bu proqramlar içərisində informasiya texnologiyaları, kompüter qrafikası, telekommunikasiya, kənd təsərrüfatı, əczaçılıq, biotexnologiyalar və s.lər var.

2003-cü ildə Birlik dövlətlərin universitet assosiasiyası tərəfindən aparılan araşdırmalara görə, Kanada Britaniya, ABŞ, Avstraliya və Yeni Zellandiya ilə müqayisədə ən aşağı təhsil haqları təqdim edir.

cropped-uni_cover

Kanada universitetləri və kolleclərindəki təhsil haqları təhsil müəssisəsindən, təhsil proqramının növündən və təhsilin davametmə müddətindən asılı olaraq dəyişir.

Kanada universitetlərində təhsil alan əcnəbi tələbələr orta hədlə bir il üçün 6,500-dən 12,000 Kanada dolları ödəyirlər. Kolleclərdə isə təhsil haqları 6,000-dən 9,000 Kanada dollarıdır.

Bu xərclərə mənzil icarəsi, qidalanma, tibbi sığorta, geyim, nəqliyyat xərcləri və əyləncələr də daxildir. Burada mənzil haqqı bir il üçün 4000 dollardır. Bundan əlavə qidaya təqribən bir ayda 250 dollar, digər xərclərə isə ildə 2000 Kanada dolları tələb edilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər