Kanadada oğurlanmış avtomobilləri Azərbaycan və Gürcüstana göndərmək niyyətində olan bir qrup şəxs saxlanılıb.
Bu barədə məlumatı Kanadanın “CP 24” telekanalı yayıb.
Məlumata görə, Ontario şəhərində qaçırılan 52 avtomobil aşkar olunub. Onların ümumi dəyərinin 3.2 milyon dollardan çox olduğu bildirilir.
Araşdırmalardan sonra hadisədə iştirak etməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb. Onlara 96 cinayət üzrə ittihamlar irəli sürülüb. Əcnəbilərdən ibarət qrupun tərkibində 64 yaşlı Sənan Abbasovun da adı var.
Ümumilikdə avtomobillərin qaçırılması ilə bağlı 2023-cü ilin dekabrından 2024-cü ilin yanvarına qədər bir neçə ərazidə axtarışlar aparılıb.