Əgər yadınızdadırsa, 2013-cü il DC Comics franşizinin super qəhrəmanı üçün yubiley ili olmuşdu. Bu zaman Kanadanın Kral xəzinəsi tərəfindən unikal personajın 75 illiyinə həsr olunmuş məhdud sayda qəpik buraxılmışdı.
Bu qəpiklərə yüksək tələbin olması səbəbi ilə bu il də, yəni qəhrəmanın artıq 76 illiyinə həsr olunmuş yeni sayda qəpiklər buraxmaq qərara alındı. Yeni kolleksiya 4 unikal qəpikdən ibarətdir və qızıl və gümüşdən hazırlanmış, üzərindən isə boyalarla örtülmüşdür. Əsas olaraq isə Superman-in baza rənglərindən istifadə olunub. Sözsüz ki, qəpiklər bu super qəhrəmanın pərəstişkarları üçün əsl hədiyyə olacaq.